ATƏT-in fəaliyyətdə olan sədri həll olunmamış münaqişələrin nizamlanmasına yardım edəcəyinə söz verib

ATƏT-in fəaliyyətdə olan sədri həll olunmamış münaqişələrin nizamlanmasına yardım edəcəyinə söz verib Sebastyan Kurts: "Həll olunmamış münaqişələrin nizamlanmasına yardım etməyə çalışacağıq"
Qarabağ
4 Fevral , 2017 17:27
ATƏT-in fəaliyyətdə olan sədri həll olunmamış münaqişələrin nizamlanmasına yardım edəcəyinə söz verib

Bakı. 4 fevral. REPORT.AZ/ "Həll olunmamış münaqişələrin nizamlanmasına yardım etməyə çalışacağıq".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Kişinyovda keçirilən brifinqdə Avstriyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Sebastyan Kurts Dnestryanı münaqişəsinin nizamlanmasına dair məsələni şərh edərkən deyib.

Federallaşma məsələsi barədə danışan S.Kurts, münaqişənin həllinə gətirib çıxara biləcək bütün təklifləri dinləməyə hazır olduğunu söyləyib. Ancaq onun fikrincə, doğru yol Moldovanın ərazi bütövlüyünü nəzərə alaraq, Dnestryanıya xüsusi status verməkdir.

"Münaqişə və Dnestryanı problem uzun müddətdir mövcuddur. Hesab edirəm ki, əsas məqsədləri müəyyənləşdirmək və məsələnin tez zamanda həllinin mümkün olmadığını anlamaq vacibdir", - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi