ATƏT-in fəaliyyətdə olan sədri: "Dağlıq Qarabağ münaqişəsinin gərginləşmək potensialı var"

ATƏT-in fəaliyyətdə olan sədri: "Dağlıq Qarabağ münaqişəsinin gərginləşmək potensialı var" "Bu təhlükəni mümkün olduğu qədər söndürməyə biz məsuliyyət daşıyırıq"
Qarabağ
29 İyun , 2016 13:53
ATƏT-in fəaliyyətdə olan sədri: Dağlıq Qarabağ münaqişəsinin gərginləşmək potensialı var

Bakı. 29 iyun. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin gərginləşmək potensialı var".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer Cənubi Qafqaz regionuna uçmamışdan əvvəl Berlində jurnalistlərə açıqlamasında deyib.

Almaniyanın ATƏT-ə sədrlik etdiyi dövrdə bu təhlükəni mümkün olduğu qədər söndürməyə biz məsuliyyət daşıyırıq. Bunu atəşkəs konsolidasiyası, qarşılıqlı etimadın yaradılması və danışıqların tezliklə başlanması yolu ilə həyata keçirməliyik", - deyə F.-V.Ştaynmeyer bildirib.

Qeyd edək ki, Frank-Valter Ştaynmayerin Cənubi Qafqaz regionuna səfəri bu gün başlayır. ATƏT-in fəaliyyətdə olan sədri bu gün Yerevana gedəcək, iyunun 30-da Bakıda görüşlər keçirəcək və sonra Tbilisiyə yola düşəcək.

Son xəbərlər

Orphus sistemi