Yuxarı

ATƏT-in Baş katibi və Rusiya XİN başçısı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edib

​ATƏT-in Baş katibi və Rusiya XİN başçısı Dağlıq Qarabağ münaqişəsinin
Tomas Qreminger: Lavrov indi doğru yolda olduğumuza çox əmindir

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ATƏT-in Baş katibi Tomas Qreminger ilə Rusiya Xarici İşlər naziri Sergey Lavrov arasında Moskvada baş tutan görüş zamanı müzakirə edilib.

"Report"un Rusiya bürosunun məlumatına görə, bu barədə jurnalistlərə görüşdən sonra Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi Tomas Qreminqer məlumat verib.

T.Qreminger qeyd edib ki, S.Lavrov ona aprelin 15-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün nəticələri barədə məlumat verib.

"Lavrov indi doğru yolda olduğumuza çox əmindir", - deyə ATƏT-in Baş katibi vurğulayıb.

İqbal Rüstəmov

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi