"Rusiya ATƏT məkanında çoxdan qalmış, yeni yaranan və həll edilməmiş münaqişələrin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi,
"Report" xəbər verir ki, bunu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi Tomas Qreminger Moskvada Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüşdə deyib.
"Rusiyanın bu formatlarda münaqişələrin həlli üçün nüfuzundan istifadə edəcəyinə ümidvaram", o bildirib.
T.Qreminger qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli bu gün Rusiya Xarici İşlər naziri ilə görüş zamanı daha geniş müzakirə olunacaq.