ATƏT Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində monitorinq keçirəcək

ATƏT Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində monitorinq keçirəcək Monitorinqin Ağdam rayonunun Baş Qərvənd kəndinin şimalındakı təmas xəttində keçirilməsi planlaşdırılır
Qarabağ
18 May , 2016 10:07
ATƏT Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində monitorinq keçirəcək

Bakı. 18 may. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 19-da Azərbaycan Respublikası Ağdam rayonunun Baş Qərvənd kəndinin şimalından keçən Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. 

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazidə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) rəhbəri polkovnik Hans Lampalzer keçirəcəklər.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Şvedberq, Saymon Tiller və YSPQ-in nümayəndəsi polkovnik Andrey Baraşkin keçirəcəklər.

Son xəbərlər

Orphus sistemi