Yuxarı
    Bağlamaq

    ATƏT-in fəaliyyətdə olan sədri: "Dağlıq Qarabağ məsələsi ətrafında müsbət məqamların yaratdığı imkanlardan yararlanacağıq"

    Dinlə

    Bakı. 10 yanvar. REPORT.AZ/ ATƏT Dağlıq Qarabağ münaqişəsinin həlli əsnasında yaranan müsbət məqamların yaratdığı imkanlardan yararlanacaq.

    “Report” xəbər verir ki, bu barədə ATƏT Daimi Şurasının Vyanadakı iclası zamanı ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak 2019-cu ildə sədrliyi qəbul edən ölkəsinin prioritetlərini açıqlayarkən bildirib.

    Nazir başlıca olaraq münaqişələrin qarşısını almaq, həll olunmamış münaqişələri həll etmək və bunun üçün vasitəçilik etmək, münaqişələrdən zərər çəkənlərə yardım göstərmək istiqamətində fəaliyyət göstərəcəklərini qeyd edib.

    “Dnestryanı, Dağlıq Qarabağ münaqişələrinin həlli əsnasında yaranan müsbət məqamların yaratdığı imkanlardan yararlanmaq, Erqnetidə Hadisələrin Qarşısının Alınması və Onlara Reaksiya Mexanizmi üzrə müşavirələri bərpa etmək üzərində çalışacağıq”, - deyə slovakiyalı nazir vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi