​ATƏT Dağlıq Qarabağda baş verən insidentlərin araşdırılması üçün konkret addımlar atacaq

​ATƏT Dağlıq Qarabağda baş verən insidentlərin araşdırılması üçün konkret addımlar atacaq Bu barədə Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşündə razılıq əldə olunub
Qarabağ
17 May , 2016 02:14
​ATƏT Dağlıq Qarabağda baş verən insidentlərin araşdırılması üçün konkret addımlar atacaq

Bakı. 17 may. REPORT.AZ/Azərbaycan və Ermənistan prezidentlərinin münaqişə zonasında vəziyyət gərginləşəndən sonra ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə keçirilən ilk görüşdən sonra qoşunların təmas xəttində baş verən insidentlərin araşdırılmasına imkan verəcək konkret addımların atılması barədə razılıq əldə olunub.

"Report" xəbər verir ki, bu barədə Vyanada keçirilən görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.

"Razılığa gəldik ki, ATƏT təmas xəttindəki insidentlərin araşdırılmasına imkan verəcək konkret addımlar atacaq", — deyə nazir əlavə edib.

Son xəbərlər

Orphus sistemi