ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirib - VİDEO - YENİLƏNİB-2

ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirib - VİDEO - YENİLƏNİB-2 ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 25-də Ağdam rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Qarabağ
25 İyun , 2019 13:07
ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirib - VİDEO - YENİLƏNİB-2
Report

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 25-də Ağdam rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.


*** 11:14

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilir. 

"Report"un Qarabağ Mərkəzi xəbər verir ki, Azərbaycan tərəfdən monitorinq aparacaq ATƏT nümayəndələri əvvəlcə Ağdam Rayon İcra Hakimiyyətində icra başçısı Vaqif Həsənovla görüşüblər. 

ATƏT təmsilçiləri daha sonra monitorinqin keçiriləcəyi əraziyə yola düşüblər.


*** 09:33

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirəcək nümayəndə heyəti Ağdama gəlib.

"Report"un Qarabağ Mərkəzi xəbər verir ki, nümayəndə heyəti Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovla görüşüb. 

Nümayəndə heyətinə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç, Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) nümayəndəsi polkovnik-leytenant Harri O`Konnor daxildir. Onlar Azərbaycan tərəfdən qoşunların təmas xəttində monitorinq aparacaqlar. 

Qeyd edək ki, bu gün Ağdam rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək. 

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru, Gennadi Petrika, Martin Şuster və YSPQ-nin nümayəndəsi polkovnik-leytenant Ralf Bosshard keçirəcəklər.

Son xəbərlər

Orphus sistemi