AŞPA sədri Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında əlaqələr təşkil etmək niyyətindədir

AŞPA sədri Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında əlaqələr təşkil etmək niyyətindədir Pedro Aqramunt Ermənistana səfər etmək arzusunu dilə gətirib
Qarabağ
14 Oktyabr , 2016 11:43
AŞPA sədri Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında əlaqələr təşkil etmək niyyətindədir

Bakı. 14 oktyabr. REPORT.AZ/ AŞPA sədri Pedro Aqramunt Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında əlaqələrin təşkili təşəbbüsü ilə çıxış etməyə hazırlaşır.

"Report" "Azatutyun" radiosuna istinadən xəbər verir ki, P.Aqramunt bu barədə Ermənistan Milli Məclisinin (parlamentini) vitse-spikeri və Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Ermine Naqdalyan ilə görüşündə bildirib.

P.Aqramunt bu məsələdə AŞPA-nın daha konstruktiv şəkildə iş aparacağını da qeyd edib.

Bununla yanaşı, AŞPA sədri Ermənistana səfər etmək arzusunu da dilə gətirib.

Son xəbərlər

Orphus sistemi