AŞPA məruzəçisi Tərtərdə olub

AŞPA məruzəçisi Tərtərdə olub Sərsəng su anbarı, Tərtər çayı, təsərrüfat suyundan əziyyət çəkən əhalinin problemləri barədə suallar cavablandırılıb
Dağlıq Qarabağ münaqişəsi
17 Dekabr , 2014 20:13
AŞPA məruzəçisi Tərtərdə olub

Bakı. 17 dekabr. REPORT.AZ/ Dekabrın 17-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi üzrə” məruzəçisi xanım Milisa Markoviçin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana faktaraşdırıcı səfəri çərçivəsində cəbhə bölgəsində yerləşən Tərtər rayonuna gəlib.

"Report" AzərTAc-a istinadən xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətində keçirilən görüşdə xanım Milisa Markoviçə Sərsəng və Madagiz su anbarlarının Ermənistan silahlı qüvvələrinin işğalı altında olmasının rayonun kənd təsərrüfatına vurduğu ziyan və cəbhə bölgəsində yaşayan əhali üçün yaratdığı problemlər barədə geniş məlumat verilib.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqların Sərsəng su anbarı, Tərtər çayı, təsərrüfat suyundan əziyyət çəkən əhalinin problemləri barədə suallarını cavablandırıb.

Görüşdə xanım Milisa Markoviçin Sərsəng su anbarı və onun ətrafındakı bölgələrdə su çatışmazlığının yaratdığı vəziyyət barədə hazırlayacağı məruzə ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi