AŞPA komitəsi:Azərbaycanın cəbhəyanı rayonlarının sakinləri qəsdən sudan məhrum ediliblər

AŞPA komitəsi:Azərbaycanın cəbhəyanı rayonlarının sakinləri qəsdən sudan məhrum ediliblər "Bərbad vəziyyətdə olan Sərsəng su anbarı böyük fəlakətə, çoxlu sayda insan itkisinə və humanitar böhrana səbəb ola bilər"
Qarabağ
27 Noyabr , 2015 02:31
AŞPA komitəsi:Azərbaycanın cəbhəyanı rayonlarının sakinləri qəsdən sudan məhrum ediliblər

Bakı. 27 noyabr. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin iclasında Bosniya–Herseqovinadan olan məruzəçi Miliça Markoviçin Sərsəng su anbarı ilə bağlı hazırladığı qətnamə dinlənilib. Deputatlar Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazisində yerləşən və 20 ildən artıq bir müddətdə heç bir təmir görməyən su anbarının ölkəmizin cəbhəyanı rayonları üçün təhlükə yaratdığını bildiriblər.

Qeyd edilib ki, bərbad vəziyyətdə olan Sərsəng su anbarı böyük fəlakətə, çoxlu sayda insan itkisinə və humanitar böhrana səbəb ola bilər.

Bu vəziyyəti nəzərə alaraq komitə üzvləri mühəndislərin və hidroloqların sərbəst surətdə bu zonya gedib vəziyyəti öyrənmələrinə imkan yaratmaq üçün Ermənistandan öz silahlı qüvvələrini bu rayondan dərhal çıxarmağı və su ehtiyatından siyasi təsir və təzyiq aləti kimi istifadə etməməyi tələb ediblər.

Son xəbərlər

Orphus sistemi