Argentinalı senator Ermənistanın cəbhə xəttində törətdiyi təxribatları pisləyib

Argentinalı senator Ermənistanın cəbhə xəttində törətdiyi təxribatları pisləyib Maria Ester Labado Azərbaycanın Argentinadakı səfirliyinə məktub ünvanlayıb
Qarabağ
12 İyul , 2017 09:53
Argentinalı senator Ermənistanın cəbhə xəttində törətdiyi təxribatları pisləyib

Bakı. 12 iyul. REPORT.AZ/ Argentina Senatında Azərbaycanla dostluq qrupunun rəhbəri Maria Ester Labado Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində yaşayan 2 yaşlı Zəhra Quliyevanı və nənəsini qətlə yetirməsi ilə bağlı Azərbaycanın Argentinadakı səfirliyinə məktub ünvanlayıb.

Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, məktubda senator Füzuli rayonu Alxanlı kəndində erməni silahlı qüvvələri tərəfindən mülki əhalinin öldürülməsi ilə bağlı dərin təəssüf hissini ifadə edib.

"Bu hadisə təkcə xalqlarımızın ruhuna qarşı bir hücum olduğuna görə deyil, həm də uşaqların qətlinin mütləq pislənilməli olduğuna görə bizi narahat edir", - deyə M.E.Labado bildirib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri iyulun 4-də Azərbaycanın işğal olunan ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini mina və qumbaraatanlardan atəşə tutaraq mülki əhalinin qəsdən öldürülməsi və vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər.

Nəticədə Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi