AŞPA-nın prezidenti: "Dağlıq Qarabağ məsələsi Avropanı narahat edir "

AŞPA-nın prezidenti: "Dağlıq Qarabağ məsələsi Avropanı narahat edir " "Danışıq yeganə çıxış yoludur"
Qarabağ
13 Aprel , 2015 17:14
AŞPA-nın prezidenti: Dağlıq Qarabağ məsələsi Avropanı narahat edir

Bakı. 13 aprel. REPORT.AZ/ "Dağlıq Qarabağ məsələsi doğrudan da Avropanı narahat edir". "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Ann Brasser aprelin 13-də İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.

"Qarabağ məsələsi bizim hamımızı, Avropa Şurasının üzvü olan 47 dövlətin vətəndaşlarını narahat edir. Danışıqlar yeganə çıxış yoludur. Zor tətbiqi cavab ola bilməz", - AŞPA-nın başçısı söyləyib.

Onun sözlərinə görə, AŞPA Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə öz töhfəsini vermək üçün məruzə hazırlayır. Ann Brasser deyib ki, bu sənəd ATƏT-in Minsk qrupunun fəaliyyətinə mane olmayacaq: "Hesabatda göstərişdən çox təkliflər olacaq".

Xatırladaq ki, Ann Brasser bu gündən İrəvanda səfərdədir. O, Ermənistan prezidenti Serj Sarqsyan, ölkənin baş naziri, xarici işlər naziri, parlament sədri ilə görüşlər keçirəcək. 

Son xəbərlər

Orphus sistemi