İdris İsmayılov: "Xızıda S 300 raketinin qalıqları aşkar edilib"

İdris İsmayılov: "Xızıda S 300 raketinin qalıqları aşkar edilib" Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları sentyabrın 27-dən bu günə qədər 11 ədəd “Elbrus” tipli raketin qalıqlarını aşkar edib və götürüb.
Qarabağ
18 Oktyabr , 2020 17:02
İdris İsmayılov: Xızıda S 300 raketinin qalıqları aşkar edilib
0 : 00
0 : 00

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları sentyabrın 27-dən bu günə qədər 11 ədəd “Elbrus” tipli raketin qalıqlarını aşkar edib və götürüb.

"Report" xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında ANAMA-nın Operativ Qərargahının rəisi İdris İsmayılov bildirib.

“Bu gün Xızı rayonuna raket atılması ilə bağlı saat 13:00 radələrində agentliyə məlumat daxil olub. Həmin əraziyə baş çəkilib və S 300 raketinin qalıqları aşkar edilib. Hazırda raket ərazidədir və Agentliyin əməkdaşları qalıqları götürür”, - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi