ANAMA Füzuli rayonunda top mərmisi aşkar edib

ANAMA Füzuli rayonunda top mərmisi aşkar edib Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün cəbhəboyu ərazilərdə keçirilmiş təcili təxirəsalınmaz  əməliyyatlar barədə məlumat yayıb.
Qarabağ
8 Oktyabr , 2020 18:42
ANAMA Füzuli rayonunda top mərmisi aşkar edib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün cəbhəboyu ərazilərdə keçirilmiş təcili təxirəsalınmaz
əməliyyatlar barədə məlumat yayıb.

ANAMA-dan "Report"a verilən məlumata görə, 8 oktyabr 2020-ci il tarixində Agentliyin xüsusi mobil əməliyyat qrupları tərəfindən Füzuli rayonu ərazisində aparılan əməliyyat-axtarış tədbirləri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən atılan 1 ədəd tüstülü 122 mm-lik top mərmisi (D-4) aşkar olunub.

Aşkar olunan mərminin tərkibində 3,6 kq ağ fosfor (P-4) vardır ki, bu cür mərmilərin mülki əhaliyə və obyektlərə qarşı istifadə edilməsi beynəlxalq humanitar hüququn tələblərinə və prinsiplərinə görə qadağandır.

Son xəbərlər

Orphus sistemi