​Amerikalı səfir: Cəbhədə zorakılığa son qoymaq lazımdır

​Amerikalı səfir: Cəbhədə zorakılığa son qoymaq lazımdır "ABŞ hökuməti sərhəddə istənilən zorakılığı pisləyir"
Qarabağ
5 Sentyabr , 2015 00:20
​Amerikalı səfir: Cəbhədə zorakılığa son qoymaq lazımdır

Bakı. 5 sentyabr. REPORT.AZ/ ABŞ hökuməti sərhəddə zorakılığı pisləyir.

"Report" erməni mətbuatına istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatların Ermənistandakı səfiri Riçard Mills bildirib.

"Əlbəttə, təmas xəttinin perimertində zorakılıq Birləşmiş Ştatlar hökumətini narahat edir və biz öz vəzifəmizi yerinə yetirərək Vaşinqtona məlumat veririk. Siz ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlikin zorakılıq haqqında bəyanatı ilə tanışsınız, o dünən bəyanat verib. O aydın şəkildə bildirib ki, ABŞ hökuməti sərhəddə istənilən zorakılığı pisləyir, çünki bu sülhün bərqərar olması və danışıqlar prosesinə yardım etmir, buna son qoymaq lazımdır",– deyə səfir Mills bildirib.

Son xəbərlər

Orphus sistemi