Yuxarı

Amerikalı həmsədr Ermənistan XİN başçısı ilə görüşüb

Amerikalı həmsədr Ermənistan XİN başçısı ilə görüşüb
Tərəflər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə dair məsələləri müzakirə ediblər

Bakı. 10 iyun. REPORT.AZ/ Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişənin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorliklə Yerevanda görüşüb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.

Xəbərə görə, tərəflər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə dair məsələləri müzakirə ediblər.

Qeyd edək ki, yaxın günlərdə Ceyms Uorlikin Azərbaycana səfəri gözlənilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi