Amerikalı ekspert: “Ermənistanın hərəkətləri qarşısında Avropanın susması böyük səhvdir”

Amerikalı ekspert: “Ermənistanın hərəkətləri qarşısında Avropanın susması böyük səhvdir” “Azərbaycanın suveren ərazilərinin hər qarışı ermənilərdən azad olunana qədər Aİ-nin əsas ölkələri tərəfindən Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq edilməlidir".
Dağlıq Qarabağ münaqişəsi
7654
7 Oktyabr , 2020 11:38
Amerikalı ekspert: “Ermənistanın hərəkətləri qarşısında Avropanın susması böyük səhvdir”
Piter Teys

“Rəsmi Yerevan açıq-aydın müharibəni uduzur və Azərbaycanın sıx məskunlaşma olan şəhərlərinə raket zərbələri endirir, Bakı-Tbilisi-Ceyhan boru kəmərini təhdid edir. BTC boru kəmərinə hücum etməklə Ermənistan digər Avropa güclərini davam edən silahlı münaqişəyə cəlb etməyə ümid edir, o, təhlükəli dövlətə çevrilib”.

Bunu “Report”a amerikalı politoloq, beynəlxalq münasibətlər sahəsində ekspert Piter Teys deyib.

Xatırladaq ki, dünən Ermənistan Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinə kasetli raket atıb. Raket Yevlax rayonunda BTC-nin 10 metrliyinə düşüb. Boru kəmərinə zərər dəyməyib.

“Yerevandakı səlahiyyətlilər sağlam qərarlara bel bağlamalı, Azərbaycanın günahsız mülki vətəndaşlarının öldürülməsini dayandırmalı və həssas hədəflərə hücumlar etdiklərinə və beynəlxalq humanitar hüququ kobud şəkildə pozduqlarına görə mühakimə edilməlidirlər. Son bir neçə gündə Ermənistan Gəncə, Tərtər, Mingəçeviri atəşə tutmağa davam etdiyi vaxtda Fransa prezidentinin susqunluğunu qorumasını təəccüblə müşahidə edirəm”, - amerikalı ekspert bildirib.

Onun sözlərinə görə, BTC boru kəməri Avropa qitəsi üçün strateji sərvətdir və Avropa ölkələri Ermənistanın ehtiyatsız və dağıdıcı rəhbərliyinə daha çox diqqət yetirməlidirlər.

“Azərbaycanın suveren ərazilərinin hər qarışı ermənilərdən azad olunana qədər Aİ-nin əsas ölkələri tərəfindən Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq edilməli, habelə əsas erməni siyasətçilərinin bank hesabları dondurulmalıdır”, - P.Teys söyləyib.

“Avropanın Yerevanın açıq-aşkar zorakılığına susması böyük strateji səhvdir”, - ekspert fikrini yekunlaşdırıb.

Son xəbərlər

Orphus sistemi