Amerikalı ekspert: “Ermənistanın terror hücumları dayandırılmalıdır”

Amerikalı ekspert: “Ermənistanın terror hücumları dayandırılmalıdır” “Avropa da faşist Paşinyana qarşı səssiz qalmaqla və iqtisadi-siyasi sanksiyalar tətbiq etməməklə, uşaqları və qadınları öldürən erməni terrorçularını cəzalandırmamaqla bu məsələnin iştirakçısı olur"
Dağlıq Qarabağ münaqişəsi
10025
17 Oktyabr , 2020 10:20
Amerikalı ekspert: “Ermənistanın terror hücumları dayandırılmalıdır”

"Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə və Mingəçevirə raket və kasetli bombalardan istifadə edilməklə edilən terror hücumları dayandırılmalıdır”.

Bunu “Report”a ABŞ politoloqu, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys deyib.

“Avropa da faşist Paşinyana qarşı səssiz qalmaqla və iqtisadi-siyasi sanksiyalar tətbiq etməməklə, uşaqları və qadınları öldürən erməni terrorçularını cəzalandırmamaqla bu məsələnin iştirakçısı olur. Ermənistanı canilər idarə edir və biz İrəvan canavarlarına qarşı birləşməliyik”, - o bildirib.

Qeyd edək ki, bu gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə raket zərbələri endirilməsi nəticəsində 13 nəfər ölüb, 40-dan artıq insan yaralanıb.

Son xəbərlər

Orphus sistemi