​Almaniyanın Ermənistandakı səfiri: "Berlin ATƏT-in Minsk qrupunun üzvü olmağı arzulamır"

​Almaniyanın Ermənistandakı səfiri: "Berlin ATƏT-in Minsk qrupunun üzvü olmağı arzulamır" "Almaniya ATƏT-in Minsk qrupunda Avropa İttifaqı çərçivəsində fəaliyyət göstərir"
Qarabağ
12 İyun , 2015 12:32
​Almaniyanın Ermənistandakı səfiri: Berlin ATƏT-in Minsk qrupunun üzvü olmağı arzulamır

Bakı. 12 iyun. REPORT.AZ/ "Almaniya ATƏT-in Minsk qrupunda Avropa İttifaqı çərçivəsində fəaliyyət göstərir. Ancaq Almaniya ATƏT-in Minsk qrupunun həmsədri olmağı arzulamır".

"Report" "1in.am" saytına istinadən xəbər verir ki, bunu Almaniyanın Ermənistandakı səfiri Rayner Morrel jurnalistlərə açıqlamasında deyib.

Xatırladaq ki, Almaniyanın kansleri Angela Merkel ATƏT-in Minsk qrupunda fəallıqlarını artırmaq istədiklərini bildirmişdi.

Rəsmi Bakı Azərbaycanın Dağlıq Qarabağ ərazisinin Ermənistan işğalından azad edilməsi üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin sayının və qurumun fəallığının artırılmasının vacibliyini dəfələrlə bəyan edib.

ATƏT-in Minsk qrupunda ABŞ, Almaniya, Azərbaycan, Belarus, Ermənistan, İsveç, İtaliya, Niderland Krallığı, Portuqaliya, Rusiya, Türkiyə, Finlandiya, Fransa təmsil olunur. 

Son xəbərlər

Orphus sistemi