Almaniyalı deputat: "Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün əlimizdən gələni edirik"

Almaniyalı deputat: "Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün əlimizdən gələni edirik" "Almaniya Azərbaycanı özünün etibarlı və vacib tərəfdaşı kimi qiymətləndirir"
Qarabağ
14 Fevral , 2017 11:07
Almaniyalı deputat: Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün əlimizdən gələni edirik

Bakı. 14 fevral. REPORT.AZ/ "Almaniya Azərbaycanı özünün yaxşı, etibarlı və vacib tərəfdaşı kimi qiymətləndirir".

"Report" xəbər verir ki, bunu "Vestnik Kavkaza"ya açıqlamasında Sosial-Demokrat Partiyasından olan almaniyalı deputat, Almaniyanın ATƏT-dəki parlament nümayəndə heyətinin rəhbəri Doris Barnett deyib.

D.Barnett Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün əllərindən gələni etdiklərini bildirib. Onun sözlərinə görə,

ATƏT-ə sədrliyi dövründə Almaniya Dağlıq Qarabağ münaqişəsi tərəflərinin mövqelərini yaxınlaşdırmaq üçün ciddi səyləri göstərib, o cümlədən Almaniya Xarici İşlər Nazirliyinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistandan olan deputatlar arasında görüş təşkil edib.

Parlamentari münaqişənin yalnız sülh yoluyla həllinin vacibliyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi