Almaniyadakı Azərbaycan və Türk diasporu 20 Yanvar faciəsinin ildönümünü qeyd edib

Almaniyadakı Azərbaycan və Türk diasporu 20 Yanvar faciəsinin ildönümünü qeyd edib Bielefeld şəhərində 20 Yanvar faciəsinə həsr olunan mərasim və sərgi təşkil edib
Qarabağ
20 Yanvar , 2015 00:09
Almaniyadakı Azərbaycan və Türk diasporu 20 Yanvar faciəsinin ildönümünü qeyd edib

BAKI. 20 yanvar. REPORT.AZ/ Almaniyanın Bielefeld şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti və Bielefeld Atatürkçü Düşüncə Dərnəyi 1990-cı ildə sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi 20 Yanvar faciəsinə həsr olunmuş mərasim və sərgi təşkil edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"-a bildiriblər ki, şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra Bielefeld Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Təranə Tağıyeva 20 Yanvar faciəsinin tarixi, sovet qoşunlarının dinc sakinlərə qarşı həyata keçirdiyi insanlığa zidd hərbi təcavüz və hələ də bu cinayətə görə məsuliyyət daşıyanların cəzasız qalmasından danışıb.

Cəmiyyətin icraçı direktoru Faiq Məmmədov sovet imperiyasının ermənipərəst rəhbərləri başqa olmaqla Azərbaycana qarşı planlı şəkildə həyata keçirilmiş əməliyyatlardan danışıb. O, bildirib ki, 1988-ci ilin fevralında Sumqayıt hadisələrini təşkil edən Kreml, sonradan 20 Yanvar faciəsini reallaşdırmaqla Azərbaycan xalqına qarşı planlı şəkildə soyqırım aktı həyata keçirib. F.Məmmədov erməni daşnaklarının XX əsrin əvvəllərindən bəri eyni ssenari ilə hərəkət etdiyini, 1988-1990 və 1992-ci illərdə törətdikləri faciələrin də bu ssesnarinin tərkib hissəsi olduğunu söyləyib. O, Avropa dövlətlərini, beynəlxalq qurumları Azərbaycan xalqına qarşı vaxtaşırı həyata keçirilmiş faciələrə, soyqırımlara biganə qalmamağa, bu hadisələrə ədalətli qiymət verməyə çağırıb.

Bielefeld Atatürkçü Düşüncə Dərnəyi sədri Mehmet Ali Ölmez, Bielefeld Göy Məsçidinin sədri Mehmet Irmaq və digəriləri çıxış edərək 20 Yanvar faciəsini, günahsız dinc insanlara zirehli texnika ilə hücum edilməsini insanlığa sığmayan cinayət olduğunu qeyd ediblər. Çıxış edənlər daha sonra ermənilərin İrəvan və Zəngəzurda azərbaycanlılara, türklərə qarşı törətdiyi ağlasığmaz vəhşiliklər barədə danışıblar. İştirakçılar Avropa İnsan Haqları Məhkəməsini, digər müvafiq beynəlxalq təşkilatları bütün bu cinayətlərə ədalətli qiymət verməyə səsləyiblər.

Tədbirdə Azərbaycan və Türk diaspor nümayəndələri ilə yanaşı, Almaniya Sosialist Partiyasının Bielefeld şəhəri üzrə təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri də iştirak edib. 

Son xəbərlər

Orphus sistemi