Almaniya XİN başçısı: "Qarabağ münaqişəsində artan gərginlik ATƏT-in təhlükəsizlik arxitekturasının necə həssas olduğunu göstərdi"

Almaniya XİN başçısı: "Qarabağ münaqişəsində artan gərginlik ATƏT-in təhlükəsizlik arxitekturasının necə həssas olduğunu göstərdi" "Bəzi hallarda ATƏT bu münaqişələrin açıq müharibəyə keçidinin qarşısını alıb"
Qarabağ
8 Dekabr , 2016 12:29
Almaniya XİN başçısı: Qarabağ münaqişəsində artan gərginlik ATƏT-in təhlükəsizlik arxitekturasının necə həssas olduğunu göstərdi

Bakı. 8 dekabr. REPORT.AZ/ "Bu il Dağlıq Qarabağ münaqişəsinda gərginliyin artması ATƏT məkanında təhlükəsizlik arxitekturasının necə həssas olduğunu göstərdi".

"Report" xəbər verir ki, bunu ATƏT-ə üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının 23-cü iclasının açılışından əvvəl təşkilatda sədrliyi başa çatan Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer jurnalistlərə açıqlamasında deyib.

Nazir əlavə edib ki, Hamburqdakı iclasda bütün münaqişələri həll etmək mümkün olmasa da, ATƏT məkanında münaqişələrin həlli mexanizmlərinin gücləndirilməsi vacibdir.

O, ATƏT-in Ukraynanın şərqindəki böhran və Dağlıq Qarabağ münaqişəsi kimi məsələlərdə əla iş apardığını bildirib.

"Bəzi hallarda ATƏT bu münaqişələrin açıq müharibəyə keçidinin qarşısını alıb", - deyə XİN rəhbəri vurğulayıb.

Son xəbərlər

Orphus sistemi