Yuxarı

Almaniya kansleri: Hazırda təmas xəttində müəyyən sakitliyin olmasına çox şadam

Almaniya kansleri: Hazırda təmas xəttində müəyyən sakitliyin olmasına çox şadam

Bakı. 26 avqust. REPORT.AZ/ Mən çox şadam ki, hazırda Dağlıq Qarabağ münaqişəsi zonasında heç olmasa müəyyən sakitlik var.

“Report” xəbər verir ki, bunu avqustun 25-də Almaniya kansleri Angela Merkel Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Bir qədər əvvəl dediyim kimi, biz həll yolunun axtarılması üzərində işləyirik. Mən çox şadam ki, hazırda heç olmasa müəyyən sakitlik var. Yəni, hazırda insanlar orada zərər çəkmirlər və əlbəttə, Almaniya BMT Təhlükəsizlik Şurasının qərarları əsasında səylərini davam etdirəcək və aidiyyəti regionlarda insanların vəziyyətinin yaxşılaşması üçün məsələnin həllini tapmağa çalışacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi