Aleksandr Vuçiç: "Serbiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün göstərilən səyləri dəstəkləyir"

Aleksandr Vuçiç: "Serbiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün göstərilən səyləri dəstəkləyir" Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Qarabağ
28 May , 2019 12:23
Aleksandr Vuçiç: Serbiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün göstərilən səyləri dəstəkləyir

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Zati-aliləri.

Möhtərəm cənab Prezident, əziz dostum.

Sizi Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə təbrik edir, ölkənizin və xalqınızın rifahı naminə səmimi arzularımı çatdırıram.

Qarşılıqlı hörmət və anlaşmaya söykənən Serbiya-Azərbaycan münasibətlərini yüksək qiymətləndirir və əlaqələrimizin inkişafına verdiyim töhfələrdən məmnunluq duyuram. Əminəm ki, Sizin Serbiyaya gözlənilən səfəriniz xalqlarımızın rifahı naminə əməkdaşlıq əlaqələrimizin hərtərəfli güclənməsinə təkan verəcəkdir.

Azərbaycanın əldə etdiyi nailiyyətlərdən fərəhlənir və əminliklə bildirirəm ki, Sizin güclü liderliyiniz, qətiyyətli iradəniz, fədakar işiniz sayəsində ölkəniz bütün məqsədlərinə nail olacaqdır.

Ölkənizin Serbiyanın ərazi bütövlüyünə və suverenliyinə ardıcıl dəstəyinə və Kosovo məsələsində mövqeyinə görə minnətdarlığımı ifadə edirəm. Həmçinin Serbiya BMT-nin bütün üzv dövlətlərinin suverenliyini və ərazi bütövlüyünü prinsipiallıqla tanıyır, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün göstərilən səyləri dəstəkləyir.

Möhtərəm cənab Prezident, tezliklə Sizin səfərinizə ümid edir və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Son xəbərlər

Orphus sistemi