Aleksandr Lukaşeviç: "ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşü gözlənilir"

Aleksandr Lukaşeviç: "ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşü gözlənilir" "Görüş yaxın zamanda keçirilə bilər"
Qarabağ
13 Dekabr , 2016 17:37
Aleksandr Lukaşeviç: ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşü gözlənilir

Bakı. 13 dekabr. REPORT.AZ/ "Yaxın gələcəkdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilə bilər".

"Report" xəbər verir ki, bunu "Moskva-Bakı" portalına açıqlamasında Rusiyanın ATƏT-dəki rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç deyib.

O, Hamburqda keçirilən Xarici İşlər Nazirləri Şurası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri ilə Azərbaycan və Ermənistan XİN başçıları arasında "3+2" formatında görüşün baş tutmadığını xatırladıb. 

A.Lukaşeviç bildirib ki, tezliklə ATƏT-in Minsk qrupu həmsdərləri ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşün təşkili mümkündür.

Son xəbərlər

Orphus sistemi