Aleksandr Lukaşenko: "MDB ölkələri ərazisində münaqişələr maraqların fərqliliyinə görə həll edilmir"

Aleksandr Lukaşenko: "MDB ölkələri ərazisində münaqişələr maraqların fərqliliyinə görə həll edilmir" MDB həll edilməmiş münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün daha çox səy göstərməlidir
Qarabağ
7 Aprel , 2017 15:28
Aleksandr Lukaşenko: MDB ölkələri ərazisində münaqişələr maraqların fərqliliyinə görə həll edilmir

Bakı. 7 aprel. REPORT.AZ/ "MDB həll edilməmiş münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün daha çox səy göstərməlidir."

"Report" xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko "Mir" telekanalına müsahibəsində bildirib.

"MDB çərçivəsində Dnestryanı, Dağlıq Qarabağ və bu gün Ukraynada olan Donbass problemlərini həll etsəydik, bilrisiniz, o zaman gərək Avrasiya məkanında Müstəqil Dövlətlər Birliyinə abidə ucaldılardı. Amma biz bunu etmirik. Bəzən isə bunu mümkünsüz olduğuna görə yox, fərqli maraqlara malik olduğumuzdan etmirik. Problemləri həll etmək lazımdır" -  A.Lukaşenko vurğulayıb.

Onun sözlərinə görə, münaqişələrin həlli məsələsində insanların maraqları baxımından çıxış etmək lazımdır.

Son xəbərlər

Orphus sistemi