Aİ-nin xüsusi nümayəndəsi Milan görüşlərində Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edəcək

Aİ-nin xüsusi nümayəndəsi Milan görüşlərində Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edəcək Bakı. 5 dekabr. REPORT.AZ/ Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasında iştirak etmək üçün Milana (İtaliya) yola düşüb.
Qarabağ
5 Dekabr , 2018 17:12
Aİ-nin xüsusi nümayəndəsi Milan görüşlərində Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edəcək

Bakı. 5 dekabr. REPORT.AZ/ Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasında iştirak etmək üçün Milana (İtaliya) yola düşüb.

"Report" xəbər verir ki, ATƏT XİNŞ çərçivəsində dekabrın 6-7-də keçiriləcək görüşlərdə o, Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etməyi planlaşdırır.

Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesini müzakirə etmək üçün bu gün Milanda görüşəcəklər

Son xəbərlər

Orphus sistemi