Aİ-nin xüsusi nümayəndəsi: "Bu regionda hərbi qarşıdurma görmək istəmirik"

Aİ-nin xüsusi nümayəndəsi: "Bu regionda hərbi qarşıdurma görmək istəmirik" "Aİ Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll olunmasında maraqlıdır"
Qarabağ
27 Oktyabr , 2016 13:42
Aİ-nin xüsusi nümayəndəsi: Bu regionda hərbi qarşıdurma görmək istəmirik

Bərdə. 27 oktyabr. REPORT.AZ/ "Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə birbaşa cəlb olunmuş struktur deyil. Amma Avropa İttifaqı münaqişənin tezliklə sülh yolu ilə həll olunmasında maraqlıdır".

"Report" xəbər verir ki, bunu Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Herbert Zalber Bərdədə jurnalistlərə açıqlamasında deyib.

"Bu regionda hərbi qarşıdurma görmək istəmirik. Axı, bundan bütün region və oranın əhalisi əziyyət çəkir. Elə buna görə Avropa İttifaqı məsələnin sülh yolu ilə həll ounmasının tərəfdarıdır", - deyə Aİ-nin xüsusi nümayəndəsi bildirib.

O, münaqişənin həllində hər iki ölkənin liderlərinin həlledici rol oynadığını qeyd edib:

"Onlar müəyyən qərara gələ bilsə, onun həyata keçirilməsini dəstəkləməyə, məsələyə töhfə verməyə şad olarıq", - deyə H.Zalber vurğulayıb.

Son xəbərlər

Orphus sistemi