Aİ-nin hesabatı: Dağlıq Qarabağ münaqişəsi qısa müddətdə beynəlxalq hüquqa uyğun olaraq siyasi həll tələb edir

Aİ-nin hesabatı: Dağlıq Qarabağ münaqişəsi qısa müddətdə beynəlxalq hüquqa uyğun olaraq siyasi həll tələb edir "Aİ-nin altı şərq tərəfdaş ölkəsindən beşi münaqişəyə məruz qalıb"
Qarabağ
18 May , 2017 17:29
Aİ-nin hesabatı: Dağlıq Qarabağ münaqişəsi qısa müddətdə beynəlxalq hüquqa uyğun olaraq siyasi həll tələb edir

Bakı. 18 may. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur və bu, qısa müddətdə beynəlxalq hüquqa uyğun olaraq siyasi həll tələb edir."

"Report" xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) "Avropa Qonşuluq Siyasətinə baxış həyata keçirilməsi haqqında" bu gün dərc edilən birgə hesabatında deyilir.

Hesabatda qeyd edilib ki, Aİ-nin altı şərq tərəfdaş ölkəsindən beşi münaqişəyə məruz qalıb.

"Aİ status-kvonun dayanıqlı olmadığı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləməyə davam edir."- hesabatda vurğulanıb.

Hesabatda münaqişə tərəfləri atəşkəs rejiminə əməl etməyə və ATƏT-in Minsk qrupunun himayəsi altında danışıqları davam etdirməyə çağırılır: "Avropa İttifaqının xüsusi nümayəndəsinin regiona tez-tez səfər etməsi Minsk qrupu həmsədrlərinin səylərinə dəstəkdir. Bu, həm də Aİ-nin uzun sürən münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu göstərir."

Son xəbərlər

Orphus sistemi