Ağdamda tutulan erməni kəşfiyyatçı: “Mənim vətənim yalandır” - FOTO

Ağdamda tutulan erməni kəşfiyyatçı: “Mənim vətənim yalandır” - FOTO “Məni erməni xisləti ilə tərbiyə ediblər”
Qarabağ
4 May , 2015 18:04
Ağdamda tutulan erməni kəşfiyyatçı: “Mənim vətənim yalandır” - FOTO

“Məni erməni xisləti ilə tərbiyə ediblər”

Bakı. 4 may. REPORT.AZ/ Gəncə Ağır Cinayətlər Məhkəməsində ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən erməni kəşfiyyatçı Arsen Baqdasaryanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

“Report”un xəbərinə görə, hakim Elbəy Allahverdiyevin sədrlik etdiyi prosesdə Baqdasaryan erməni xalqına müraciət edib: “Müharibə etməkdən əl çəkin, qoşunları Qarabağdan çıxardın və iki xalq bir yerdə yaşasın. Əgər azərbaycanlılar istəsəydilər məni elə postda öldürərdilər. Sarqsyan öz xalqını hərtərəfli aldadır. Məni burda tutduqdan sonra erməni tərəfi mənim haqqımda yanlış informasiya yayıb. İndi mən başa düşürəm ki, mənim vətənim yalandır.

Mən günahımı başa düşürəm. Minaları basdırmaqla səhv hərəkət etmişəm. Möhtərəm hakim, nəzərə alın ki, mən Xankəndidə doğulmuşam, erməni tərbiyəsi almışam və məni erməni xisləti ilə tərbiyə ediblər. Hökm verərkən bunları nəzərə almağınızı xahiş edirəm”.

Qeyd edək ki, Arsen Baqdasaryana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12 maddəsinə əsasən irəli sürülən ittihamlardan 5-i milli təhlükəsizilik zəminində, 7-si isə cinayət törətməyə cəhdə görədir. Mayın 4-də günün birinci yarısında dövlət ittihamçısı Anar Mirkişiyev erməni diversantın cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Sabah saat 10:30-da proses davam etdiriləcək. Baqdasaryana məhz sabah hökm oxunacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi