Ağcabədidə ermənilərin atdığı mərmidən dağılan evdən

Ağcabədidə ermənilərin atdığı mərmidən dağılan evdən Bu gün Ermənistanın silahlı qüvvələri Ağcabədi şəhərini raket atəşinə tutub.
Qarabağ
5 Oktyabr , 2020 21:38
Ağcabədidə ermənilərin atdığı mərmidən dağılan evdən

Bu gün Ermənistan silahlı qüvvələri Ağcabədi şəhərini raket atəşinə tutub.

"Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı hadisə yerindən reportaj hazırlayıb.

Qeyd edək ki, raketlərdən biri partlamayıb. Digər iki raketdən biri həyətyanı sahəyə düşərək evdə dağıntılara səbəb olub, digər raket isə başqa evə düşüb. Nəticədə Ağcabədi şəhər sakinləri - 1994-cü il təvəllüdlü Elşən Mehdi oğlu İbrahimov və qardaşı qızı, 2015-ci il təvəllüdlü Ayan Rövşən qızı İbrahimova müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, evə külli miqdarda ziyan dəyib.

Son xəbərlər

Orphus sistemi