ABŞ səfirliyi Corciya ştatının Nümayəndələr Palatasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirib

ABŞ səfirliyi Corciya ştatının Nümayəndələr Palatasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirib Səfirlik: "ABŞ-ın xarici siyasəti federal hökumət tərəfindən müəyyən edilir"
Qarabağ
4 Mart , 2016 16:41
ABŞ səfirliyi Corciya ştatının Nümayəndələr Palatasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirib

Bakı. 4 mart. REPORT.AZ/ Corciya ştatının Nümayəndələr Palatasının qəbul etdiyi qətnamə ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xarici siyasətinə təsir etməyəcək.

Bu barədə "Report"a Ermənistan KİV-ində Corciya ştatının Nümayəndələr Palatasının qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini tanınması barədə qətnamə qəbul etməsini şərh edərkən ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

"ABŞ qondarma Dağlıq Qarabağ Respublikasını tanımır. ABŞ-ın xarici siyasəti federal hökumət tərəfindən müəyyən edilir. Corciya ştatının Nümayəndələr Palatasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamə ştatın qanunverici orqanının fikridir və ABŞ-ın bu məsələ ilə bağlı xarici siyasətini dəyişməyəcək", - deyə ABŞ səfirliyinin mətbuat xidmətindən bildirilib.

Son xəbərlər

Orphus sistemi