ABŞ səfiri: "Xocalı XX əsrin ən dəhşətli hadisələrindən biridir"

ABŞ səfiri: "Xocalı XX əsrin ən dəhşətli hadisələrindən biridir" Robert Sekuta: "Xocalı və digər faciəli hadisələri xatırlayaraq, onlardan nəticə çıxarmaq olduqca vacibdir"
Dağlıq Qarabağ münaqişəsi
111
23 Fevral , 2018 14:03
ABŞ səfiri: Xocalı XX əsrin ən dəhşətli hadisələrindən biridir

Bakı. 23 fevral. REPORT.AZ/ "Xocalı XX əsrin ən dəhşətli hadisələrindən biridir".

"Report"un verdiyi xəbərə görə, bu barədə jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Diplomatın sözlərinə görə, keçmişdən nəticə çıxarmaq vacibdir və onu unutmamaq lazımdır ki, belə hadisələr təkrarlanmasın.