Yuxarı

ABŞ səfiri: "Dağlıq Qarabağ münaqişəsi mümkün qədər tez həll olunmalıdır"

ABŞ səfiri: "Dağlıq Qarabağ münaqişəsi mümkün qədər tez həll olunmalıdır"
Münaqişənin həlli zamanı çoxdan çatıb
© Report

Bakı. 23 fevral. REPORT.AZ/ Dağlıq Qarabağ münaqişəsi mümkün qədər tez həll olunmalıdır.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta jurnalistlərə bildirib.

"Bu münaqişənin həlli zamanı çoxdan çatıb, onu mümkün qədər tez həll etmək lazımdır", - səfir deyib.

O, ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi həll prosesinin inkişafı üçün əlindən gələni etdiyini xatırladıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi