ABŞ səfiri: "ATƏT-in Minsk qrupunun həmsədrləri tezliklə regiona səfər edəcəklər"

ABŞ səfiri: "ATƏT-in Minsk qrupunun həmsədrləri tezliklə regiona səfər edəcəklər" "ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması fikrinə sadiqdir"
Qarabağ
26 Sentyabr , 2017 11:52
ABŞ səfiri: ATƏT-in Minsk qrupunun həmsədrləri tezliklə regiona səfər edəcəklər
Report. Elshan Baba

Bakı. 26 sentyabr. REPORT.AZ/ "ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması fikrinə sadiqdir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta təmas xəttində minalardan təmizləmə işlərinin həyata keçirilməsinin mümkünlüyü barədə danışarkən deyib.

"ATƏT-in Minsk qrupunun həmsədrləri tezliklə regiona səfər edəcəklər. Biz münaqişə tərəflərinin onu sülh yolu ilə həll etməsi üçün səy göstərməyə çalışırıq", - R.Sekuta bildirib.

Xatırladaq ki, daha əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanatlarında oktyabrın əvvəlində regiona səfər etməyi planlaşdırdıqlarını bəyan ediblər.

Son xəbərlər

Orphus sistemi