Yuxarı

ABŞ Prezidentinin müşaviri: "Dağlıq Qarabağ münaqişəsinin həlli strateji əhəmiyyətə malikdir"

ABŞ Prezidentinin müşaviri: "Dağlıq Qarabağ münaqişəsinin həlli strateji əhəmiyyətə malikdir"
Con Bolton: ABŞ bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır
© Report

Bakı. 24 oktyabr. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün strateji əhəmiyyətə malikdir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton deyib.

O qeyd edib ki, Bakıda rəsmi şəxslərlə görüşlər zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi qaldırılıb.

"Bura məsələ ilə daha ətraflı tanış olmaq üçün gəlmişəm. ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi, bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır, çünki sülh həm Azərbaycan, həm də Ermənistan üçün vacibdir", - C.Bolton bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi