Bakı. 24 may. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsi çox uzun müddətdir davam edir".
"Report" xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfirinin müavini Derek Hoqan Tomas Qoltsun "Azərbaycan gündəliyi" kitabının ADA Universitetində keçirilən təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, ABŞ ATƏT-in Minsk qrupunun üzvü kimi münaqişənin sülh yolu ilə həlli üçün səylərini davam etdirəcək.
Diplomat Azərbaycan və Ermənistan prezidentləri arasındakı son görüşün münaqişənin həllinə kömək edəcəyinə ümidvar olduğunu bildirib.