Bakı. 16 may. REPORT.AZ/ Avstriyanın paytaxtı Vyanada ABŞ-ın dövlət katibi Con Kerri Ermənistan prezidenti Serj Sarqsyan ilə görüşüb.
"Report" xəbər verir ki, görüşdə aprelin əvvəlində Dağlıq Qarabağda münaqişənin gərginləşməsindən sonra yaranan vəziyyətdən çıxış imkanları müzakirə olunub.
Tərəflər Qarabağ münaqişəsinin hərbi həlli yolunun olmadığını və başlıca prinsiplər əsasında həll mexanizmlərinin zəruri olduğunu təsdiq ediblər.