ABŞ Dağlıq Qarabağdakı vəziyyəti şərh edib

ABŞ Dağlıq Qarabağdakı vəziyyəti şərh edib ABŞ Dövlət Departamenti Ermənistan və Azərbaycanı Dağlıq Qarabağda hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb
Dağlıq Qarabağ münaqişəsi
15446
27 Sentyabr , 2020 23:52
ABŞ Dağlıq Qarabağdakı vəziyyəti şərh edib

ABŞ Dövlət Departamenti Ermənistan və Azərbaycanı Dağlıq Qarabağda hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.

"Report" xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus bildirib.  

O, qeyd edib ki, ABŞ Dağlıq Qarabağda vəziyyətin daha da gərginləşməsindən narahatdır. Birləşmiş Ştatlar tərəfləri ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlara qayıtmağa çağırır.

Ortaqus vurğulayıb ki, ABŞ həmsədr ölkələrdən biridir və tərəflərə sülhə nail olunması üçün kömək etməyə hazırdır.

Morqan Ortaqus Birləşmiş Ştatların həmçinin Dağlıq Qarabağda dinc insanlar da daxil olmaqla, insan itkilərinə səbəb olan geniş miqyaslı hərbi əməliyyatlardan narahatlığını ifadə edib.

Son xəbərlər

Orphus sistemi