Bakı. 18 fevral. REPORT.AZ/ Fevralın 21-də Kaliforniya ştatının Kulver şəhərində yerləşən Kral Fəhd məscidində Xocalı faciəsinin qurbanları anılacaq.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, tədbir Azərbaycan baş konsulluğunun, Piko Şul sinaqoqunun və Kral Fəhd məscidinin dəstəyi ilə keçiriləcək.
Tədbirdə bir neçə dini konfessiyaların nümayəndələri iştirak edəcək, tanınmış yerli dini liderlərin - ravvin İon Bukstayn və Məhəmməd Xanın çıxışı olacaq, eləcə də birgə dua ediləcək.