​ABŞ-da Şuşanın işğalına etiraz kampaniyası başlayıb

​ABŞ-da Şuşanın işğalına etiraz kampaniyası başlayıb Məqsəd ABŞ ictimaiyyətinin diqqətini Azərbaycan torpaqlarının işğalına çəkməkdir
Qarabağ
28 Aprel , 2015 18:02
​ABŞ-da Şuşanın işğalına etiraz kampaniyası başlayıb

Bakı. 28 aprel. REPORT.AZ/ ABŞ-da yaşayan azərbaycanlı və türk diasporu Şuşanın işğalına diqqət çəkmək üçün yeni kampaniyaya başlayıb. "Report" xəbər verir ki, bu barədə "Turkishny" məlumat yayıb. 

"Türk - Amerikan" icmalarının "Pax Turcica" ("Türk dünyası") platforması əsasında fəaliyyətə başlayan kampaniya haqda müraciət də yayılıb. Müraciətdə bildirilib ki, Qərb mayın 8-dən etibarən II Dünya müharibəsində faşist Almaniyası üzərində qələbənin 70 illiyini qeyd etdiyi halda, 1992-ci ilin həmin günündə Azərbaycan torpağı Şuşa Ermənistan tərəfindən işğal olunub və bu işğal hələ də davam edir.

Müraciətdə Ermənistanın və ermənilərin Azərbaycan torpaqlarını işğal etməsindən və Dağlıq Qarabağda törətdikləri soyqırım;ndan da bəhs olunub: "Ermənistanın Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə siyasətinə etiraz edən, Şuşanın işğalını lənətləyən türk və azərbaycanlıların "Türk - Amerikan" icmaları "Pax Turcica" ("Türk dünyası") platforması əsasında kampaniyaya başlayaraq, ABŞ ictimaiyyətinin diqqətini bu məsələyə çəkməyə çalışır".

Kampaniyaya qoşulmaq və ona dəstək vermək istəyənlər bu ünvanla əlaqə saxlaya bilər: [email protected].

Son xəbərlər

Orphus sistemi