Yalçın Rəfiyev: Gənclər COP29-da qarşılıqlı fəaliyyətin bir hissəsi olmalıdırlar

Yalçın Rəfiyev: Gənclər COP29-da qarşılıqlı fəaliyyətin bir hissəsi olmalıdırlar Gənclər COP29 zamanı qarşılıqlı fəaliyyətinin bir hissəsi olmalıdırlar.
COP29
20 İyun , 2024 10:49
Yalçın Rəfiyev: Gənclər COP29-da qarşılıqlı fəaliyyətin bir hissəsi olmalıdırlar

Gənclər COP29 zamanı qarşılıqlı fəaliyyətin bir hissəsi olmalıdırlar.

“Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Qoşulmama Hərəkatının Gənclər Təşkilatının təşkil etdiyi iqlimlə mübarizə üzrə forumda deyib.

“Belə tədbirlər vasitəsilə biz gənclərin fəal iştirakını ehtiva edən gündəliyimizi irəli apara bilərik”, - nazir bildirib.

Y.Rəfiyev iqlim dəyişikliyi ilə mübarizədə gənclərin fikirlərinin nəzərə alınmasının vacib olduğunu adlandırıb: “COP29-un sədri olaraq biz bütün fəaliyyətlərimizə gənclər komponentini daxil etmişik. Danışıqlar zamanı biz Qoşulmama Hərəkatının Gənclər Təşkilatı və digər təşkilatlarla əməkdaşlıq edirik. Biz gəncləri dinləməli, onların fikirlərini danışıqlarda təmsil etməyə çalışmalıyıq”.

Son xəbərlər

Orphus sistemi