Stoltenberq: Azərbaycanın COP29-a sədrliyi enerji təhlükəsizliyi və iqlim dəyişikiyi ilə mübarizəyə töhfə verəcək

Stoltenberq: Azərbaycanın COP29-a sədrliyi enerji təhlükəsizliyi və iqlim dəyişikiyi ilə mübarizəyə töhfə verəcək NATO-nun Baş katibi Yens Stoltenberq cari ildə Azərbaycanın COP29 sədrliyinin enerji təhlükəsizliyi ilə iqlim dəyişikiyi ilə mübarizə sahələri arasında sinerjiyə töhfə verəcəyinə dair inam ifadə edib.
COP29
18 Mart , 2024 14:33
Stoltenberq: Azərbaycanın COP29-a sədrliyi enerji təhlükəsizliyi və iqlim dəyişikiyi ilə mübarizəyə töhfə verəcək

NATO-nun Baş katibi Yens Stoltenberq bu il Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyinin enerji təhlükəsizliyi və iqlim dəyişikliyi ilə mübarizə sahələri arasında sinerjiyə töhfə verəcəyinə inamını ifadə edib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Y.Stoltenberq Azərbaycanın xarici işlər naziir Ceyhun Bayramovla görüşündə Azərbaycanın NATO ilə əməkdaşlıq çərçivəsində bir çox sülhməramlı missiyalarda nümunəvi fəaliyyətinin təqdirəlayiq olduğunu vurğulayıb:

"Bununla yanaşı, ölkəmizin NATO bölgəsinin enerji təhlükəsizliyinə verdiyi töhfənin əhəmiyyətindən bəhs edib. Xüsusilə, cari ildə Azərbaycanın COP29 sədrliyinin enerji təhlükəsizliyi ilə iqlim dəyişikliyi ilə mübarizə sahələri arasında sinerjiyə töhfə verəcəyinə dair inam ifadə olunub".

Son xəbərlər

Orphus sistemi