Moldovalı nazir: “İqlim dəyişmələri iqtisadiyyatımıza ciddi təsir göstərir”

Moldovalı nazir: “İqlim dəyişmələri iqtisadiyyatımıza ciddi təsir göstərir” Bu struktur su ehtiyatlarının, təbii ekosistemlərin və biomüxtəlifliyin istifadəsi, qorunması və bərpası üzrə birgə və əlaqələndirilmiş tədbirləri təşviq edir
COP29
21 Noyabr , 2024 14:46
Moldovalı nazir: “İqlim dəyişmələri iqtisadiyyatımıza ciddi təsir göstərir”

İqlim dəyişmələri Moldova iqtisadiyyatına ciddi təsir göstərən real böhrandır.

"Report" xəbər verir ki, bunu Moldovadan ətraf mühit naziri Sergiu Lazarencu COP29 çərçivəsində keçirilən “İqlim, təbiət və insanlar üçün suyun həyat xəttini qeyd edirik” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, gələcəyimiz su ehtiyatlarımızla sıx bağlıdır: “İqlim dəyişikliyi hidroloji dövrləri dəyişdirərək, quraqlıq, daşqın və digər ekstremal hava hadisələri riskini artıraraq su ehtiyatlarına daha çox təsir göstərir. Moldova üçün iqlim dəyişikliyi artıq gələcək təhlükə deyil, quraqlıq və su çatışmazlığı şəklində özünü göstərən, xüsusilə kənd təsərrüfatından asılı olan kənd icmalarında gündəlik həyata və iqtisadiyyata ciddi təsir göstərən real böhrandır. Temperaturun artması, tez-tez baş verən quraqlıqlar və qeyri-müəyyən yağıntılar buğda və qarğıdalı kimi əsas məhsulların istehsalını azaldır. Bu arada, iqtisadiyyatımızın və irsimizin təməli olan üzüm bağları artan problemlərlə üzləşir. Suya çıxışın olmaması həm kənd təsərrüfatına, həm də əhalinin gündəlik ehtiyaclarına təhlükə yaradan ciddi problemə çevrilir”.

O bildirib ki, Moldova üçün əsas su ehtiyatları iki transsərhəd çay - Dnestr və Prut çaylarıdır: "Məsələn, əhalinin 80 %-i Dnestr çayından su ilə təmin olunur və paytaxtın 98 % isə bu çaydan su alır. Su ehtiyatlarının inteqrasiya olunmuş idarə edilməsi sahəsində beynəlxalq əməkdaşlıq onun çatışmazlığının ümumi problem olduğu dəyişən mühitdə davamlı inkişafın və su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinin açarıdır. Rumıniya və qonşu Ukrayna ilə Dnestr və Prut çaylarının mühafizəsi və davamlı istifadəsi ikitərəfli əməkdaşlıq sazişləri və komissiyalarla tənzimlənir. Bu struktur su ehtiyatlarının, təbii ekosistemlərin və biomüxtəlifliyin istifadəsi, qorunması və bərpası üzrə birgə və əlaqələndirilmiş tədbirləri təşviq edir".

Son xəbərlər

Orphus sistemi