Keniyalı QHT prezidenti: “COP iqlim dəyişikliyi ilə mübarizədə birləşdirici platformadır”

Keniyalı QHT prezidenti: “COP iqlim dəyişikliyi ilə mübarizədə birləşdirici platformadır” BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) iqlim böhranının həlli istiqamətində səylərin əlaqələndirilməsi, onun aradan qaldırılması üçün strategiyaların işlənib hazırlanması üçün iştirakçı ölkələri bir araya gətirmək
COP29
29 Dekabr , 2023 14:24
Keniyalı QHT prezidenti: “COP iqlim dəyişikliyi ilə mübarizədə birləşdirici platformadır”

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) iqlim böhranının həlli istiqamətində səylərin əlaqələndirilməsi, onun aradan qaldırılması, strategiyaların işlənib hazırlanması və iştirakçı ölkələri bir araya gətirmək üçün çox mühüm beynəlxalq arenadır.

Bunu “Report”a açıqlamasında Keniyada fəaliyyət göstərən ətraf mühitin mühafizəsi üzrə QHT-nin – “Consortium of Grassroots”un prezidenti Eliud Emeri deyib.

“Dövlətlər ümumi qəbul edilmiş tövsiyələrin həyata keçirilməsini nəzərdən keçirirlər. Onlar konfransda qəbul edilmiş qanunvericilik bazası və alətləri, konvensiyaların səmərəli həyata keçirilməsini təmin etməyə dair zəruri tədbirləri qiymətləndirmək üçün audit və ya sorğu keçirirlər. Bütün bu səylər iqlim dəyişikliyinin təsirlərinin aradan qaldırılmasına yönəlib”, - o vurğulayıb.

E.Emeri xatırladıb ki, COP-un aktuallığı və onun iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti üç əsas sahədə özünü göstərir:

“Birincisi, qlobal temperatur artımını 1,5 dərəcə Selsi səviyyəsində necə saxlamağı anlamaq məqsədi daşıyır. İkincisi, iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmaqda həssas olan cəmiyyətlərin dəstəklənməsi üçün maliyyə mexanizmləri hazırlanmalıdır. Üçüncüsü, 2050-ci ilə qədər xalis sıfır emissiyaya nail olmaq məqsədi var”.

Onun sözlərinə görə, bu il BƏƏ-nin Dubay şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) iştirakçı ölkələr arasında ziddiyyətli məsələlər olmasına baxmayaraq, bu tədbir müsbət məqamlar da olub:

“Dünyanın demək olar ki, hər bir ölkəsi 2050-ci ilə qədər iqlim dəyişikliyinə qarşı mübarizənin əsas hərəkətverici qüvvəsi kimi qalıq yanacaqlarından mərhələli şəkildə imtina edilməsinə razılaşıblar. Bu, 28 il ərzində beynəlxalq iqlim üzrə danışıqlarda və COP-da əldə edilən ilk belə razılaşmadır. Bundan başqa, COP28 çərçivəsində yeni maliyyələşdirmə mexanizmlərinin aktivləşdirilməsi, yəni Zərər və itkinin kompensasiyası Fondunun yaradılması daxil olmaqla, bir sıra qərarlar da qəbul edilib. Bu qərar Hindistan daxil olmaqla, bütün ölkələr tərəfindən konsensusla qəbul edilib. Bununla bağlı ümumilikdə 700 milyon ABŞ dolları məbləğində maliyyə vəsaitinin ayrılması razılaşdırılıb. Üstəlik, maliyyə yardımın ayrılacağı ölkələrin adı açıqlanıb. Mənim ölkəm olan Keniya isə bu maliyyə vəsaitinin ayrıldığı Afrikadakı 23 dövlətdən biridir”.

Son xəbərlər

Orphus sistemi