Bakı İqlim Həftəsində əldə olunan səylər bu ilin noyabrında Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurla keçirilməsi üçün əsas ola bilər.
"Report" xəbər verir ki, bunu İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspert Qrupunun (IPCC) sədri Cim Ski Bakı Fəaliyyəti İqlim Həftəsinin iştirakçılarına ünvanlandığı videomüraciətində deyib.
Onun sözlərinə görə, COP29 Azərbaycanı beynəlxalq iqlim diplomatiyasının mərkəzinə çevirəcək: “Qarşıdan gələn COP-un aktuallığını və əhəmiyyətini qiymətləndirməmək olmaz. Bunu başa düşmək üçün rekord temperatur, rekord istilik və rekord daşqınlar barədə məlumat verən ən son xəbər başlıqlarına baxmaq kifayətdir”.