"Yaşıl tikinti" Şurasının həmtəsisçisi və rəhbəri Qay İms deyib ki, Azərbaycanın təcrübəsi COP29-a uğurla ev sahibliyinə kömək edəcək.
"Report" xəbər verir ki, o, bu barədə gələn il Azərbaycanda keçiriləcək COP29-un əhəmiyyəti barədə ictimai müzakirə zamanı jurnalistlərə açıqlamasında deyib.
Q.İms bildirib ki, bu tədbir rəsmi Bakı üçün beynəlxalq üfüqdə yeni imkanlar açacaq: "Azərbaycanın kifayət qədər potensialı var. Qeyd edim ki, COP28-də Azərbaycan pavilyonunu ziyarət etdim. Qonaqpərvərlik çox xoşuma gəldi. Bu, sizə əlavə imkan yaradacaq. COP29-a bir ildən az vaxt qalıb. Azərbaycanın yeni təşəbbüsləri dünya ictimaiyyətinin diqqətini çəkəcək".