Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) uğurla həyata keçirmək üçün çox yaxşı bir vəziyyətdə olduğuna inanıram.
Bunu "Report"a müsahibəsində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Konfrans İşləri şöbəsinin direktoru Vasim Mir (Wasim Mir) deyib.
O bildirib ki, COP29 Azərbaycan Əməliyyat Şirkəti ilə birgə Olimpiya Stadionunun COP29-a hazırlanması istiqamətində sıx işləyirlər:
"Yanvar ayında Bakıya faktaraşdırıcı missiyanın rəhbəri kimi gəlmişdim və həmin vaxt biz COP29-un keçirilməsi üçün müxtəlif yerlərə baxdıq, sonda isə yekdilliklə ən uyğun yerin Olimpiya Stadionu olduğu qərarına gəldik. Həmin vaxtdan etibarən biz COP29 Azərbaycan Əməliyyat Şirkəti ilə Olimpiya Stadionunun COP-a hazırlanması istiqamətində sıx işləyirik. Bu gün isə görülən işləri qiymətləndirmək üçün buradayam. Ötən müddət ərzində məkanda hazırlıq baxımından xeyli irəliləyiş əldə olunub, düzü, Azərbaycanın COP29-u uğurla həyata keçirmək üçün çox yaxşı bir vəziyyətdə olduğuna inanıram".
V.Mir vurğulayıb ki, hazırda onların nəqliyyat, qidalanma, təhlükəsizlik, yaşayış yerləri və COP üçün yerinə yetirilməsi lazım olan bütün istiqamətlər üzrə inkişaf planları mövcuddur.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.