​"Ramazanı tanıyaq və sevək" adlı xeyriyyə tədbiri keçirilib

​"Ramazanı tanıyaq və sevək" adlı xeyriyyə tədbiri keçirilib Xeyriyyə tədbirində istedadlı uşaqların səhnəciyi nümayiş olunub
Cəmiyyət
22 İyun , 2015 17:01
​Ramazanı tanıyaq və sevək adlı xeyriyyə tədbiri keçirilib

Bakı. 22 iyun. REPORT.AZ/ "Damla" və "Pətək" İctimai Birliyi "Ramazanı tanıyaq və sevək" adlı xeyriyyə tədbiri keçirib.

"Report"un məlumatına görə, tədbirə ictimaiyyət nümayəndələri ilə birgə Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı ofisinin koordinator köməkçisi İsmayıl Gürlək, Türkiyənin Canik Bələdiyyəsinin başqanı Osman Gənc də qatılıb.

Xeyriyyə tədbirində istedadlı uşaqların səhnəciyi nümayiş olunub.

Sonda isə aztəminatlı ailələrə yardım paylanılıb.

Qeyd edək ki, "Damla" İctimai Birliyi 2010-cu ildən fəaliyyət göstərir. QHT olaraq xeyriyyəçilik mədəniyyətinin bərpası və təbliği işi üzrə fəaliyyət göstərir. "Damla" ehtiyacı olan insanlara, fiziki qüsurlu şəxslərə, valideyn himayəsindən məhrum olan uşaqlara dəstək olur, onlara yardım edir.

Son xəbərlər

Orphus sistemi